2014-cü il üçün Nobel Sülh mükafatı laureatlarının adları açıqlanıb

2014-cü il üçün Nobel Sülh mükafatı laureatlarının adları açıqlanıb Mükafatı Malala Yusufzay və Kaylaş Satyarti alıblar
Digər ölkələr
10 Oktyabr , 2014 15:03
2014-cü il üçün Nobel Sülh mükafatı laureatlarının adları açıqlanıb
Bakı. 10 oktyabr. REPORT.AZ/ Norveç Nobel Komitəsi 2014-cü il üçün Nobel Sülh mükafatı laureatlarının adlarını açıqlayıb.

"Report" xəbər verir ki, Norveç Nobel Komitəsi mükafatı qadın hüquqlarının müdafiəsinə görə pakistanlı Malala Yusufzaya və uşaqların hüquqlarının müdafiəsinə görə hindistanlı Kaylaş Satyartiyə verib. 

Qeyd edək ki, bu il mükafata namizədlər siyahısında 278 nəfərin adı, o cümlədən 47 təşkilat olub.

Nobel mükafatlarının təqdimetmə mərasimi ənənəvi olaraq dekabr ayının 10-da - mükafatın təsisçisi olan, isveçli ixtiraçı və sənayeçi Alfred Nobelin (1833-1896) vəfat etdiyi gündə Stokholm və Oslo şəhərlərində keçirilir. Nobel tərəfindən vəsiyyət edilən beş mükafatdan biri - Sülh mükafatı onun təsisçisinin arzusuna uyğun olaraq Oslo şəhərində təqdim olunur. Fiziologiya və ya tibb, fizika, kimya və ədəbiyyat sahəsində mükafatlar isə sahiblərinə Stokholm şəhərində verilir.  

Son xəbərlər

Orphus sistemi