Yuxarı

2014-cü ildən 3 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb

Bu haqda BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Lise Grande məlumat verib

Bakı. 19 aprel. REPORT.AZ/ İraqın qərbindəki Ənbar vilayətində hökumət qüvvələri ilə İŞİD döyüşçüləri arasında gedən döyüşlər səbəbindən 90 mindən çox adam yerindən-yurdundan didərgin düşüb.

Bu haqda BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Lise Grande məlumat verib.

"Report"un Azadlıq radiosuna istinadla xəbərinə görə, Grande deyib ki, vəziyyət olduqca dramatikdir. Yalnız təcili humanitar yardım insan həyatını qurtara bilər.

Hökumət qüvvələri və şiə hərbi birləşmələri tərəfindən Tikrit şəhərindən sıxışdırılıb çıxarılandan sonra İŞİD bütün gücünü Ənbar vilayətinə yönəldib.

Bu həftənin əvvəlində Ənbar rəsmiləri vilayətin mərkəzi Ramadinin İŞİD-in əlinə keçmək üzrə olduğunu bildirmişdilər.

2014-cü ildən bu yana 2.7 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi