2014-cü ildə Ukraynada ümumi qiymət artımı 25 faiz təşkil edib

2014-cü ildə Ukraynada ümumi qiymət artımı 25 faiz təşkil edib Səbəb kimi ölkənin şərqində davam edən münaqişə göstərilir
Digər ölkələr
6 Yanvar , 2015 22:06
2014-cü ildə Ukraynada ümumi qiymət artımı 25 faiz təşkil edib

Bakı. 6 yanvar. REPORT.AZ/ 2014-cü ildə Ukraynada inflyasiyanın səviyyəsi təxminən 25 faiz təşkil edib. Bu da son 14 ildə ən yüksək həddir.

"Report" Azadlıq radiosuna istinadla xəbər verir ki, bu barədə Ukrayna Dövlət Statistika Komitəsi məlumat yayıb.

Səbəb kimi ölkənin şərqində davam edən münaqişə göstərilir.

Qeyd edək ki, ölkənin əsas polad, kömür və enerji sənayesi məhz şərqdə yerləşir. 

Həmçinin milli valyuta - Grivna 2014-cü ildə dəyərinin yarısını itirib.

Son xəbərlər

Orphus sistemi