Yuxarı

2014-cü ildə Rusiya 15 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib

Rusiyanın ən böyük üstünlüyü etibarli tərəfdaş olmasıdır

BAKI. 27 yanvar. REPORT.AZ/ Ötən il ərzində Rusiya dünyaya 15 milyard dollar həcmində silah və hərbi texnika ixrac edib. Həmçinin 14 milyard dollarlıq yeni hərbi kotraktlar da imzalanıb.

"Report"-un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən Xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasında bunu deyib.

Onun sözlərinə görə, hazırda Rusiya 60-dan çox dövlətə silah və hərbi texnika satır.

"Rusiyanın ən böyük üstünlüyü etibarli tərəfdaş olmasıdır. Siyasi konyukturadan asılı olmayaraq biz bütün öhdəliklərimizi həyata keçiririk", - deyə V.Putin bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi