2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad edilib

2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad edilib Onun səhhətinin normal olduğu bildirilir
Digər ölkələr
6 Aprel , 2015 21:50
2011-ci ildən Malidə girovluqda olan Hollandiya vətəndaşı azad edilib

Bakı. 6 aprel. REPORT.AZ/ Fransanın xüsusi xidməti 2011-ci ildən Malidə girovluqda olan hollandiyalı Sjaak Rijkeni azad ediblər.

"Report"un Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, Fransa hərbçiləri onun aprelin 6-sı səhər sdaatlarında Malinin şimalındakı ucqar rayonda azad edildiyini deyirlər.

Prezident Fransua Olland əməliyyat zamanı bir neçə yaraqlının öldürüldüyünü, digərlərinin isə əsir götürüldüyünü deyir.

Rijken 2011-ci ilin noyabrında Timbuktudakı yataqxanada İsveç vətəndaşı Johan Gustafsson və Cənubi Afrika vətəndaşı Stephen Malcolmla birlikdə oğurlanmışdı.

Amma onların taleyi barədə məlumat verilmir. Rijkenin videosunu sonuncu dəfə Əl Qaidə 2014-cü ilin noyabrında yaymışdı.

Onun səhhətinin normal olduğu bildirilir.

Fransa ordusu 2013-cü ilin yanvarında Əl Qaidə ilə əlbir olan birləşmələri Malidən çıxarıb. Hazırda bu ölkədə 3 minədək Fransa əsgəri var.

Son xəbərlər

Orphus sistemi