​200 minlik İslam ordusunun təlimi başlayıb

​200 minlik İslam ordusunun təlimi başlayıb Təlim "Terrora qarşı mübarizə" adlanır
Digər ölkələr
29 Fevral , 2016 09:24
​200 minlik İslam ordusunun təlimi başlayıb

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyə də daxil olmaqla 20 ölkənin hərbçilərindən ibarət 200 minlik islam ordusunun ilk təlimi başlayıb.

"Report" xəbər verir ki, bu haqda "Saudi" qəzeti məlumat yayıb.

Məlumata görə, təlim "Terrora qarşı mübarizə" adlanır. Hərbi manevr Səudiyyə Ərəbistanının şimal-şərqində Hafar-əl Baten bölgəsində keçirilir.

Təlimdə 200 min əsgərlə yanaşı, yüz döyüş təyyarəsi, yüzlərlə quru döyüş maşını cəlb edilib.

Son xəbərlər

Orphus sistemi