1500-dək ABŞ vətəndaşı və ABŞ vizası sahibi təxliyə olunmaq üçün Kabil hava limanının ətrafına toplaşıb.
Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.
Hava limanının gün ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyi bildirilir.
Daha əvvəl ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirmişdi ki, hazırda Əfqanıstanda 1500-dək ABŞ vətəndaşının ola biləcəyi güman edilir.