Əfqanıstanda 13 uşaq naməlum xəstəlikdən öldü

Əfqanıstanda 13 uşaq naməlum xəstəlikdən öldü Əfqanıstanın şimal-şərqində, Çinlə sərhəddə yerləşən Bədəxşan vilayətində son üç gündə sətəlcəmin simptomlarına oxşar xəstəlikdən azı 13 uşaq ölüb.
Digər ölkələr
6 Fevral , 2020 15:31
Əfqanıstanda 13 uşaq naməlum xəstəlikdən öldü

Əfqanıstanın şimal-şərqində, Çinlə sərhəddə yerləşən Bədəxşan vilayətində son üç gündə sətəlcəmin simptomlarına oxşar xəstəlikdən azı 13 uşaq ölüb.

“Report” “TOLO news”a istinadən xəbər verir ki, bu barədə yerli hökumətin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ölüm faktları vilayətin Yamqan mahalında baş verib.

Hələlik Əfqanıstan səlahiyyətliləri uşaqlarının xəstəliyi və ölüm səbəbləri ilə bağlı məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi