125 ölkənin 37 min vətəndaşının Türkiyəyə girişi qadağan edilib

125 ölkənin 37 min vətəndaşının Türkiyəyə girişi qadağan edilib Suriyadakı hadisələrlə bağlı Türkiyəyə miqrant axını davam edir
Digər ölkələr
6 Fevral , 2016 11:19
125 ölkənin 37 min vətəndaşının Türkiyəyə girişi qadağan edilib

Bakı. 6 fevral. REPORT.AZ/ "Bu günə qədər 125 fərqli ölkədən təxminən 37 000 insanın Türkiyəyə girişinə qadağa qoyulub". "Report" Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Əfqan Ala deyib.

Nazirin sözlərinə görə, 93 fərqli ölkənin vətəndaşı olan təxminən 3 000 nəfər deportasiya edilib.

O bildirib ki, Suriyadakı hadisələrlə bağlı Türkiyəyə sayı məlum olmayan miqrant axını davam edir: "Bu günə qədər Suriya böhranı səbəbindən ölkəmizdə qonaq etdiyimiz insanların sayı 2,7 milyonu keçib. Miqrantlar arasında ərəb, türkmən, kürd və yezidi kürdlər var. Ümumilikdə, söhbət digər ölkələrdən gələnlərlə birlikdə 3 milyondan artıq köçkündən gedir. Bu günə qədər mövcud problemlin həlli üçün Türkiyə təxminən 9 milyard dollar xərcləyib. Təəssüf ki, beynəlxalq təşkilatlardan və digər ölkələrdən bu məsələ ilə bağlı lazımi həssaslıq və yardım göstərilməyib". 

Son xəbərlər

Orphus sistemi