100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib

100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib Ötən sutka ərzində 110-dan çox miqrant Belarus və Polşa sərhədini pozmağa cəhd edib.
Digər ölkələr
172
27 Mart , 2022 12:40
100-dən çox miqrant Belarusdan Polşaya qanunsuz keçməyə cəhd edib

Ötən sutka ərzində 110-dan çox miqrant Belarus və Polşa sərhədini pozmağa cəhd edib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə bazar günü Polşa Sərhəd Mühafizəsi məlumat yayıb.

“Martın 26-da rekord sayda - 116 nəfər Belarusdan Polşa ərazisinə qanunsuz daxil olmağa cəhd edib”, - məlumatda deyilir.

Qeyd olunub ki, Narevka sərhəd zastavasında sərhəd xidmətinin əməkdaşları təqib və xəbərdarlıq atəşindən sonra nəzarət üçün dayanmayan Gürcüstan vətəndaşını saxlayıblar.

2021-ci ildə 39,7 min nəfər Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhd edib. Bu ilin əvvəlindən bəri isə 2 minə yaxın cəhd qeydə alınıb.

Litva və Polşadakı miqrasiya böhranı ilə əlaqədar 2021-ci ildə sərhəddə fövqəladə vəziyyət tətbiq olunub, tikanlı məftillər ilə maneə xətti çəkməyə, Belarus ərazisindən qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün sərhəd mühafizəsini gücləndirməyə başlayıblar.

Belarus və Polşa sərhədində vəziyyət 2021-ci il noyabrın 8-də Yaxın Şərq ölkələrindən Avropa İttifaqına keçmək istəyən bir neçə min miqrantın Belarus tərəfdən sərhədə yaxınlaşması ilə daha da mürəkkəbləşib. Polşa rəsmiləri hadisəni sərhəddə böhran başlayandan bəri ən çətin an kimi qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi