Rusiyada matəm elan olunub

Rusiyada matəm elan olunub Bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb
Digər ölkələr
31 Oktyabr , 2015 15:47
Rusiyada matəm elan olunub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar noyabrın 1-i ölkədə matəm günü elan edilib. "Report"un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaqdır. Təyyarədə olanların hamısı Rusiya vətəndaşlarıdır. Onlardan 63 nəfəri kişi, 138-i qadındır. Radarlardan itən vaxt 1.8 km sürətlə enməkdə olan təyyarənin mühərrikində texniki bir nasazlıq olduğu ehtimal edilir.

Məlumatlara görə, qəza yerində həlak olanlardan yüz nəfərin cəsədi artıq çıxarılıb. Onlardan 17-si 2 yaşından 17 yaşınadək olan uşaqlardır. Cəsədlər hərbi helikopterlərlə Qahirəyə aparılacaq və oradan Rusiyaya göndəriləcək.

Artıq təyyarənin "qara qutu"larından biri tapılıb. Təyyarədə olanların hamısının həlak olduğu bildirilir. 

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Qəzanın çətin keçilən ərazidə baş verməsi və cəsədlərin parçalanması əməliyyatları çətinləşdirir.

Bundan əlavə, Rusiyanın "Metrojet" aviaşirkətinə uçuş təhlükəsizliyini və uçuşa hazırlıq qaydalarını pozduğuna görə cinayət işi açılıb.  

Son xəbərlər

Orphus sistemi