Yuxarı

ÜST: Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayı 4,4 min nəfəri ötüb

Təxminən 8,9 min insan virusa yoluxub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Qərbi Afrika ölkələrində Ebola virusu qurbanlarının sayı 4447 nəfərə çatıb,  "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. 

Məlumata görə, təxminən 8,9 min insan virusa yoluxub.

ÜST proqnozlarına əsasən, həftənin sonuna kimi yoluxan insanların sayı 9 min nəfəri keçə bilər. 

Ölüm və yoluxma hallarının əksəriyyəti üç ölkədə  - Qvineya, Syerra-Leone və Liberiyada müşahidə olunur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi