Zaur Darğallı: “Marneulidə koronavirus geniş yayılmayacaq”

Zaur Darğallı: “Marneulidə koronavirus geniş yayılmayacaq” “Marneulidə tibbi yoxlamadan keçirilənlərin sayı 95 min nəfərə çatıb”.
Diaspor
1 Aprel , 2020 15:30
Zaur Darğallı: “Marneulidə koronavirus geniş yayılmayacaq”

“Marneulidə tibbi yoxlamadan keçirilənlərin sayı 95 min nəfərə çatıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.

Onun sözlərinə görə, 45 nəfərdə yüksək hərarət qeydə alınıb: “On nəfər şübhəli simptomlarla tibbi nəzarətə götürülüb və onların heç birində koronavirus təsdiqlənməyib”.

Z.Darğallı qeyd edib ki, ötən gün koronavirus diaqnozu qoyulan Marneuli sakininin təmasda olduğu bütün şəxslər müəyyən edilib: “Onların sayı çox deyil və hamısı özünütəcriddədir”.

Tibbi yoxlamanın yaxın günlərdə başa çatacağını vurğulayan rayon rəhbəri Marneulidə təkrar müayinənin keçiriləcəyini bildirib: “Marneulidə bugünkü vəziyyət ümidvericidir və əhali koronavirusun geniş yayılması ilə üzləşməyəcək”.

Son xəbərlər

Orphus sistemi