​Yekaterinburqda "Azərbaycan evi"nin tikintisinə qadağa qoyulub

​Yekaterinburqda "Azərbaycan evi"nin tikintisinə qadağa qoyulub Qadağa yerli məhkəmənin rəsmi saytında dərc olunub
Diaspor
126
25 Mart , 2015 19:32
​Yekaterinburqda Azərbaycan evinin tikintisinə qadağa qoyulub

Bakı. 25 mart. REPORT.AZ/ Perm şəhər 17-ci Arbitraj Apellyasiya Məhkəməsi Sverdlovsk vilayəti Arbitraj Məhkəməsinin Yekaterinburqun Osnovinsk parkında "Azərbaycan evi" mehmanxana-əyləncə kompleksinin tikintisini qadağan edən qərarını qüvvədə saxlayıb.

"Report" xəbər verir ki, sənəd məhkəmənin rəsmi internet səhifəsində dərc olunub.

2004-cü ildə park ərazisində Azərbaycanın Baş Konsulluğu binasının tikintisi üçün torpaq sahəsi ayrılıb. Lakin sonda bina başqa bir ərazidə inşa edilməli olub.

Bir neçə ildən sonra icra orqanları ərazidə "Azərbaycan evi" mehmanxana kompleksinin tikintisinə razılıq verib və 2010-cu ildə ərazi azərbaycanlı sahibkar Almaz Şıxlinskayaya verilib.

Lakin sahibkar ekspertiza aparılması üçün lazım olan sənədləri uzun müddət bələdiyyəyə təqdim etməyib, nəticədə tikintiyə verilən icazədən imtina edilib.

Ötən ilin sentyabr ayının sonlarında Sverdlovsk vilayət Arbitraj Məhkəməsi Yekaterinburq administrasiyası və şəhər sakinlərinə sahibkar ilə aralarında olan çəkişmədə haqq qazandırıb.

Sahibkar bu qərarı 17-ci Arbitraj Apellyasiya Məhkəməsinə şikayət etməyə çalışsa da, məhkəmə birinci instansiyanın qərarını dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi