Azərbaycanlılar Vyanada Ermənistanın təxribatına etiraz olaraq aksiya keçirirlər

Azərbaycanlılar Vyanada Ermənistanın təxribatına etiraz olaraq aksiya keçirirlər Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.
Diaspor
18 İyul , 2020 17:18
Azərbaycanlılar Vyanada Ermənistanın təxribatına etiraz olaraq aksiya keçirirlər

Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.

"Report" xəbər verir ki, "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin təşkilatçılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınmış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər.

Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycanındır!" şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

"Azeri-DER"in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Aksiya "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin sosial media şəbəkəsi üzərindən canlı yayımlanır.

Son xəbərlər

Orphus sistemi