​Ulyanovskda Azərbaycan diasporunun rəhbərinə qarşı dələduzluq ittihamı irəli sürülüb

​Ulyanovskda Azərbaycan diasporunun rəhbərinə qarşı dələduzluq ittihamı irəli sürülüb İlham Hüseynov qanunsuz vəsaitləri leqallaşdırmaqda müqəssir bilinir
Diaspor
2 Sentyabr , 2015 00:20
​Ulyanovskda Azərbaycan diasporunun rəhbərinə qarşı dələduzluq ittihamı irəli sürülüb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiyanın Ulyanovsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) regional bölməsinin sədri, iş adamı İlham Hüseynova qarşı bələdiyyənin torpaq sahələri ilə bağlı dələduzluq və qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı irəli sürülüb.

"Report" xəbər verir ki, Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinin saytında yerləşdirilən məlumata görə, istintaq orqanları 2014-cü ilin oktyabrında mehmanxana kompleksi tikintisi adı altında verilən bələdiyyə torpaq sahələri ilə bağlı fırıldaqçılıq əməlləri faktı üzrə qaldırılan cinayət işini araşdırır.

Bu cinayət işinin təhqiqatı çərçivəsində İ.Hüseynova qarşı Rusiya Cinayət Məcəlləsinin 159 (Xüsusi iri həcmdə fırıldaqçılıq) və 174.1-ci maddələri üzrə (Cinayət törədilməsi nəticəsində əldə edilmiş külli miqdarda pul vəsaitləri və ya başqa əmlakın leqallaşdırılması) ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi