Ukraynada Azərbaycan şəhidlərinin anım gecəsi keçirilib

Ukraynada Azərbaycan şəhidlərinin anım gecəsi keçirilib Ukraynanın paytaxtı Kiyevdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azəbaycanın Vətən müharibsinin ildönümü ilə bağlı musiqi gecəsi keçirilib.
Diaspor
29 Sentyabr , 2021 11:19
Ukraynada Azərbaycan şəhidlərinin anım gecəsi keçirilib

Ukraynanın paytaxtı Kiyevdə Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azəbaycanın Vətən müharibsinin ildönümü ilə bağlı musiqi gecəsi keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynada səfiri Elmira Axundovanın, səfirliyin əməkdaşlarının, Ukrayna Prezidenti yanında Milli İslahat Şurasının rəsmisi Vladislav Antipinin, Ukrayna Xalq artisti Raisa Nedaşkovskayanın, ali təhsil ocaqları, diaspor və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdikləri gecə Vətən müharibəsində şəhid olanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edən səfir E. Axundova bildirib ki, ikinci gündür bütün dünya azərbaycanlıları, o cümlədən Ukraynada yaşayan azərbaycanlılar 30 illik işğala son qoyan Vətən müharibəsinin ildönümünü qeyd edir:

“Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək, işğal altındakı ərazilərimizi azad edib. Bu müharibədə şəhid olanların xatirəsi daim bizim üçün əzizdir. Onlar ən müqəddəs amal uğrunda həyatlarını itiriblər. Digərləri isə sağlalıqlarını itiriblər. Bu gün Ukraynanın ərazisinə edilən təcavüz uğrunda da həyatını itirən ukraynalılar var. Vətəni uğrunda bütün canlarından keçənlərin xatirəsini ehtiramla anırıq. Qəhrəmanlara eşq olsun!", - səfir deyib.

Daha sonra Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukrayna Xalq artisti Qurban Abbasovun, Ukrayna Xalq artisti, Ukrayna Milli operasının solisti Aleksandr Dyaçenkonun, müğənni Natalya Kudryaşevanın, “Azərbaycan” xalq ansamblının, digər solist və rəqs qruplarının iştirakı ilə Azərbaycan-Ukrayna musiqi nümunələri ifa olunub.

Son xəbərlər

Orphus sistemi