Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının ümumi sayı məlum olub

Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının ümumi sayı məlum olub Sovet İttifaqı dağılandan sonra Ukrayna tərəfindən vətəndaşlığa qəbul edilən Azərbaycan vətəndaşları ilə bağlı statistika açıqlanıb.
Diaspor
289
6 Sentyabr , 2021 10:55
Ukrayna vətəndaşlığına qəbul edilən Azərbaycan vətəndaşlarının ümumi sayı məlum olub

Sovet İttifaqı dağılandan sonra Ukrayna tərəfindən vətəndaşlığa qəbul edilən Azərbaycan vətəndaşları ilə bağlı statistika açıqlanıb.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən (DMX) “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu, DMX-nin fəaliyyətə başladığı 2012-ci ildən hesablanıb.

Statistikaya görə, 2012-ci ildən 2021-ci il avqustun 1-ə qədər 4 302 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığına qəbul olunub.

Bunlardan 299 nəfəri Ukrayna Prezidentinin Fərmanı ilə vətəndaşlığa qəbul edilib.

Son xəbərlər

Orphus sistemi