Vəkil: "ÜAK-ın işinə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır"

Vəkil: "ÜAK-ın işinə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır" Həsən Mirzəyev: "Rusiyadakı Azərbaycan diasporunda həmrəylik baxımından qüsurlar var"
Diaspor
3 Oktyabr , 2017 16:43
Vəkil: ÜAK-ın işinə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır
Report

Moskva. 3 oktyabr. REPORT.AZ/ "Ümumrusiya Azərbaycan Konqresini (ÜAK) qoruyub saxlamaq mümkün olmasa, yenisini yaratmaq lazımdır".

Bunu "Report"un Rusiya bürosuna Rusiya Vəkillər Gildiyasının prezidenti, ÜAK-ın Rəyasət Heyətinin üzvü və təşkilatın ləğv edilməsi prosesində Rusiya Ali Məhkəməsindəki rəsmi nümayəndəsi Həsən Mirzəyev bildirib.

Onun sözlərinə görə, təşkilatın qorunub saxlanılması üçün maksimum səy göstərilib: "ÜAK təşkilatın fəaliyyəti haqqında gecikmiş məlumatlara görə ləğv edilib". 

H.Mirzəyev ÜAK-ın işi üzrə məhkəmədə çıxış edərkən harada səhvlər buraxıldığını izah etdiyini və bunların aradan qaldırılması üçün vaxt istədiyini xatırladıb: "Lakin qanunun pozulması halları çox aşkar idi. Ona görə də məhkəmə ləğvedilmə barədə hökmü qüvvədə saxlayıb".

Vəkil deyib ki, ÜAK-ın ləğvi onun üçün şəxsi faciə sayılacaq: "Mən özüm tatam, lakin ruhən azərbaycanlıyam. ÜAK mənə doğma təşkilatdır. Ona görə də təşkilatın bugünkü vəziyyəti, xüsusilə də diasporun bütün səviyyələri arasında həmrəyliyin olmaması məni narahat edir. Rusiyada yaşayan azərbaycanlıların çoxu öz həyatını yaşayır, başları biznesə qarışıb və nəticədə də diasporun işləri onlar üçün maraqlı deyil". 

H.Mirzəyev vurğulayıb ki, hazırda işə Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətində baxılması üçün müraciət hazırlanır.

O, Rusiyada azərbaycanlıların yeni diaspor strukturunun yaradılmasının mümkünlüyünə də toxunub: "Məncə, bu, tam doğru addım olardı. Yeni təsis qurultayı keçirilməli, nizamnamə yazılmalı, idarəetmə orqanlarına seçimlər edilməlidir. Təşkilatda, xüsusən də rəhbərlik səviyyəsində müasir Azərbaycanı təcəssüm etdirən insanlar - Avropa təhsilli, amma şərq müdrikliyinə malik, intellektli, xalqın mədəniyyətini və ənənələrini bilənlər olmalıdırlar".

Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ictimai təşkilatının nizamnaməsinin Rusiya qanunvericiliyinə uyğun olmaması səbəbindən ləğv edilməsi barədə iddiasını təmin edib. Sentyabrın 19-da Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurası ÜAK-ın ləğvi ilə bağlı qərarı qüvvədə saxlayıb.

Son xəbərlər

Orphus sistemi