Türkiyənin məşhur universitetinin azərbaycanlı keçmiş rektoru vəfat edib

Türkiyənin məşhur universitetinin azərbaycanlı keçmiş rektoru vəfat edib O, 91 yaşında ürəktutmasından dünyasını dəyişib
Diaspor
1794
22 Dekabr , 2020 16:32
Türkiyənin məşhur universitetinin azərbaycanlı keçmiş rektoru vəfat edib
Nuri Saryal

Azərbaycan əsilli türkiyəli elm xadimi, professor Nuri Saryal vəfat edib.

“Report”un məlumatına görə, o, 91 yaşında ürəktutmasından dünyasını dəyişib.

N.Saryal Türkiyənin məşhur Orta Şərq Texniki Universitetinin (ODTÜ) rektoru olub.

Qeyd edək ki, N.Saryal 1929-cu ildə Gəncə şəhərində anadan olub. Atası Azərbaycanın tanınmış mühəndislərindən və cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadədir. Anası isə alman Elena Hoffmanndır. Anası Elena 1935-ci ildə İslamı qəbul edərək adını Leyla olaraq dəyişdirib. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul edib.

Son xəbərlər

Orphus sistemi