Türkiyədə sənədsiz yaşayan azərbaycanlı yeniyetmə idmançılar beynəlxalq müsabiqələrə qatıla bilmirlər - VİDEO

Türkiyədə sənədsiz yaşayan azərbaycanlı yeniyetmə idmançılar beynəlxalq müsabiqələrə qatıla bilmirlər - VİDEO İstanbul. 14 noyabr. REPORT.AZ/ İstanbulun Qaziosmanpaşa Dəmirbaş idman məktəbində təhsil alan 5-12 yaş arası azərbaycanlı idmançılar sənədləri olmadığı üçün beynəlxalq müsabiqələrə qatıla bilmirlər.
Diaspor
14 noyabr 2018 12:14
Türkiyədə sənədsiz yaşayan azərbaycanlı yeniyetmə idmançılar beynəlxalq müsabiqələrə qatıla bilmirlər - VİDEO

İstanbul. 14 noyabr. REPORT.AZ/ "İstanbulun "Qaziosmanpaşa Dəmirbaş" idman məktəbində təhsil alan 5-12 yaş arası azərbaycanlı idmançılar sənədləri olmadığı üçün beynəlxalq müsabiqələrə qatıla bilmirlər".

Bunu “Report”un Türkiyə bürosuna müsahibəsində ölkənin Karate Federasiyasının texniki direktoru Əli Dəmirbaş deyib. 

Onun sözlərinə görə yüksək potensiala malik olan 10-dan çox azərbaycanlı idmançı kiçik yaşlarından bu yana texniki direktorun rəhbərlik etdiyi idman məktəbində təhsil alırlar: “Bu idmançılar kimliyini təsdiq etmək üçün, sadəcə, doğum haqqında şəadətnaməyə sahibdilər”. 

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun məsələdən xəbərdar olduğunu deyən Əli Dəmirtaşın sözlərinə görə, elə nazirin dəstəyi ilə bu azyaşlı idmançılar sənədləri olmadığı halda, Türkiyə daxilində keçirilən şəhərlərarası və beynəlxalq yarışlarda iştirak edirlər və ölkənin məktəblərində qonaq şagird olaraq təhsillərini davam etdirirlər. Hətta bu idmançılardan biri, 9 yaşlı Çingiz Zaxarovun qara kəməri var və o, həmyaşıdları arasında Türkiyə birinciliyinin qalibidir. 

Tələbələri olan Nurlan və Məhəmməd Babayev qardaşları, Knyaz və Çingiz Zaxarov qardaşlarının çox parlaq gələcəkləri olduğunu deyən peşəkar məşqçi bu problemin həlli üçün hər iki ölkədən də dəstək gözlədiklərini dilə gətirib: “Bu uşaqların valideyinləri illər öncə Türkiyəyə gələrkən burda yaşamaq üçün icazə almayıblar. Onların bu məsələyə biganə yanaşmalarının cəzasını bu gün uşaqları çəkir. Bizim məqsədimiz bu istedadlı idmançıları hər iki ölkəyə qazandırmaqdır. Mən buna inanıram, onların gələcəyi parlaqdır. 2019-cu ildə Azərbaycanda Avropa İdman oyunları keçiriləcək və biz bu idmançıları o yarışlara göndərmək istəyirik. Bu problemin qısa zamanda həlli üçün Azərbaycandan dəstək gözləyirik”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi