Şotlandiyada Azərbaycan mədəniyyət gecəsi keçiriləcək

Şotlandiyada Azərbaycan mədəniyyət gecəsi keçiriləcək Tədbirdə Azərbaycan milli mətbəxinin təamları, milli rəqsləri və musiqiləri təqdim olunacaq
Diaspor
17 Aprel , 2016 00:12
Şotlandiyada Azərbaycan mədəniyyət gecəsi keçiriləcək

Bakı. 17 aprel.REPORT.AZ/Şotlandiyada fəaliyyət göstərən Azərbaycan diasporası ölkənin təşviq edilməsi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatların yayılmasını istiqamətində tədbirlər keçirməklə işini davam etdirir.

Şotlandiyanın Qlazqo Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətindən “Report”-a verilən məlumata görə, Qarabağda son hadisələrlə bağlı Şotlandiyada yaşayan azərbaycanlılar Ermənistanın etdiyi hərəkətlərə etiraz və Azərbaycan ordusuna dəstək olaraq Qlazqonun mərkəzində aksiya keçiriblər və şəhər sakinlərə münaqişə ilə bağlı düzgün məlumatlar çatdırıblar.

Bundan başqa, mayın 28-də, Republika Günündə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Azərbaycan mədəniyyət gecəsi keçiriləcək.

Müxtəlif ölkələrdən tələbələrin iştirak etdikləri gecədə Azərbaycanın son illərdəki sürətli inkişafından bəhs edilib, ölkəmizin infrastrukturu, turizm imkanları, və respublikamızda keçirilməsi planlaşdırılan digər beynəlxalq idman tədbirləri haqqında məlumat veriləcək.

Tədbirdə Azərbaycan milli mətbəxinin təamları, milli rəqsləri və musiqiləri təqdim olunacaq. Qeyd olunmalıdır ki, 2015-ci ildə Qlazqoda keçirilən tədbirdə 250-yə yaxın insan iştirak edib və yerli əhalidə Azərbaycan mədəniyyətinə böyük marağ doğurub.

Son xəbərlər

Orphus sistemi