Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib İsveçdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının hesabat yığıncağı keçirilib.
Diaspor
9 Fevral , 2020 10:19
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

İsveçdə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının hesabat yığıncağı keçirilib.

"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində yığıncağa qatılıb.

Tədbirdə İsveç, Norveç, Finlandiya və Danimarkadan olan diaspor fəalları ilə yanaşı, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov da iştirak edib.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

V.Seyidbəyov yığıncağın əhəmiyyətindən, ötən dövrdə Skandinaviyada Azərbaycan diasporunun uğurlarından danışıb. Azərbaycan həqiqətlərinin təbliğində, ikitərəfli əlaqələrin inkişafında diasporun rolunu qeyd edən diplomat bu sahədə işin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev Azərbaycan diasporunun prioritet inkişaf istiqamətləri, bu sahədə qazanılan uğurlar və həyata keçirilən siyasətin müsbət nəticələrindən danışıb. O, Şuranın fəaliyyətə başlamasından ötən dövrdə səmərəli fəaliyyətindən, qarşıda duran vəzifələrdən söz açıb. F.Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyyələşdirilən və gələcəkdə maliyyə dəstəyi göstərilməsinin nəzərdə tutulduğu layihələr haqqında ətraflı məlumat verib.

Yığıncaq çərçivəsində Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib, seçilən diaspor fəalları təltif olunublar.

Sonda yığıncağa qatılan diaspor nümayəndələrinin sualları cavablandırılıb, fəaliyyətin təkmilləşdirilməsi barədə rəy və təkliflər səsləndirilib, müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi