Rusiyada Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək

Rusiyada Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək Rusiyanın Moskva vilayətində azərbaycanlı diasporu xalqımızın tarixindəki faciəvi hadisələrin ildönümü ilə bağlı hazırlıq görür.
Diaspor
102
11 Fevral , 2020 15:48
Rusiyada Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək

Rusiyanın Moskva vilayətində azərbaycanlı diasporu xalqımızın tarixindəki faciəvi hadisələrin ildönümü ilə bağlı hazırlıq görür.

“Report”un Rusiya bürosu xəbər verir ki, diaspor nümayəndələri 20 yanvar, 26 fevral, 31 mart tarixləri ilə bağlı kiçik plakatlar hazırlayıblar.

Üzərində qərənfillərin və “Unutma” yazısı olan plakatlar aksiya keçirmək üçün paylanacaq, avtomobil şüşələrinə taxılacaq.

“Bu aksiyanın əsas məqsədi qürbətdə böyüyən gənc nəsilə xalqımızın tarixindəki faciəvi hadisələri olduğu kimi tanıtmaqdır. Əfsuslar olsun ki, Vətəndən uzaqlarda böyüyən gənclər öz xalqının keçmişindən xəbərsizdir. Halbuki valideynlərinin, doğmalarının, dost-tanışın bu plakatları avtomobil şüşələrinə taxdıqlarını görsələr, həmin hadisələrə maraqları artar, bu barədə daha çox öyrənmək istəyərlər”, - diaspor təşkilatının sədri Elşən İbrahimov bildirib.

“Bu aksiyanı Rusiya miqyasında keçirmək istəyirik. Həmçinin plakatları həm Azərbaycan, həm də rus dillərində tərtib etməklə biz başqa millətlərdə də həmin hadisələrə daha çox maraq yaratmağı qarşıya məqsəd qoymuşuq”, - diaspor rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi