Rusiya Azərbaycanlıları İttifaqının üzvü koronavirusa yoluxdu

Rusiya Azərbaycanlıları İttifaqının üzvü koronavirusa yoluxdu Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidentinin idman məsələləri üzrə müşaviri Fərrux Qəmbərov koronavirusa yoluxub.
Diaspor
540
11 May , 2020 11:59
Rusiya Azərbaycanlıları İttifaqının üzvü koronavirusa yoluxdu

Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) prezidentinin idman məsələləri üzrə müşaviri Fərrux Qəmbərov koronavirusa yoluxub. 

Bu barədə “Report”un Rusiya bürosuna onun özü məlumat verib.

F.Qəmbərov mayın 10-da xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin orta-ağır qiymətləndirildiyini bildirib: “Mən hazırda Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin Federal tibbi-sosial ekspertiza bürosunun klinikasında müalicə alıram. Kompüter tomoqrafiyasından sonra ağciyərin iltihabı aşkarlandı, koronavirus diaqnozu qoyuldu. Hələ ilk gündür ki buradayam”. 

O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə açılmış “Mübariz” idman klubunun da kuratorudur və pandemiya dövründə köməyə ehtiyacı olanlara yardımlar edib: “Pandemiya dövründə təşkilatımıza müxtəlif müraciətlər daxil olurdu və bunun əsasında da ehtiyacı olanlara kömək edirik. Hava limanında qalan soydaşlarımıza baş çəkdik, ehtiyacı olanlara müxtəlif yardımlar etdik. Bir neçə sosial qurumlara ziyarətimiz oldu. Onlara da ərzaq səbətləri və şəxsi gigiyena əşyaları verdik”.

F.Qəmbərov indiki vəziyyətdə özünütəcrid rejiminə əməl etməyin zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, F.Qəmbərov Azərbaycan Respublikasının vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi