Rotterdamda “Azərbaycan” küçəsi açılacaq, Nizami Gəncəvinin abidəsi qoyulacaq

Rotterdamda “Azərbaycan” küçəsi açılacaq, Nizami Gəncəvinin abidəsi qoyulacaq Bununla bağlı yerli bələdiyyələrlə müvafiq iş aparılıb
Diaspor
261
22 Avqust , 2017 13:25
Rotterdamda “Azərbaycan” küçəsi açılacaq, Nizami Gəncəvinin abidəsi qoyulacaq

Bakı. 22 avqust. REPORT.AZ/ Niderland Krallığının Rotterdam şəhərində “Azərbaycan” küçəsi açılacaq, şəhərin "Bakı" küçəsində isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi qoyulacaq. Bu barədə "Report"a Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov məlumat verib.

O qeyd edib ki, artıq bununla bağlı yerli bələdiyyələr ilə müvafiq yazışmalar da aparılıb: "Hər iki təşəbbüsün müəllifi Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlılar Konqresidir". 

S.Qasımov qeyd edib ki, yaxın günlərdə təsdiq alınan kimi abidənin qoyuluşuna və küçənin açılışına start veriləcək.

Qeyd edək ki, Krallığın ikinci böyük şəhəri olan Rotterdamda artıq bir müddətdir "Bakı" küçəsi mövcuddur.

Son xəbərlər

Orphus sistemi