​Qırğızıstanda Hidayət Orucovun mühazirəsi çap olunub

​Qırğızıstanda Hidayət Orucovun mühazirəsi çap olunub Mühazirə “Azərbaycanın milli siyasəti ХХ əsrdə” mövzusunu əhatə edir
Diaspor
4 Mart , 2015 07:57
​Qırğızıstanda Hidayət Orucovun mühazirəsi çap olunub

Bakı. 4 mart. REPORT.AZ/ Qırğız Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının “Xəbərlər” bülletenində Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun “Azərbaycanın milli siyasəti ХХ əsrdə” adlı geniş məruzəsi çap olunub.

"Report" xəbər verir ki, səfir Hidayət Orucov Diplomatik Akademiyada professor-müəllim, magistr heyəti ilə görüşündə geniş mühazirə ilə çıxış edib.

Səfir öz mühazirəsində bildirib ki, ХХ əsr dini, etnik münaqişələr əsridir. Yer kürəsindəki müxtəlif qaynar nöqtələrin, qanlı münaqişələrin böyük əksəriyyətinin əsasında milli məsələlər durur. Etnik mənzərəsi rəngarəng olan Azərbaycanda dəfələrlə milli zəmində münaqişələr törətməyə cəhdlər göstərilib. Xüsusən ХХ əsrdə - SSRİ-nin tərkibində ölkəmizin formal müstəqilliyi dövründə bu cəhdlər sistematik xarakter alıb, Azərbaycanı istənilən vaxt parçalamaq, zəiflətmək, diz çökdürmək məqsədi güdülüb. Tarixi nailiyyətimiz olan etno-siyasi birliyə respublikamızda yalnız erməni separatistləri xəyanət ediblər.

Səfir deyib ki, 96 il bundan öncə - 28 may 1918-ci ildə bütün müsəlman dünyasında ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Çətin ictimai-siyasi dövrdə Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, müstəqil demokratik dövlətin təməlini qoyub. 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və Azərbaycanın dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Həmin vaxtlar Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inanmaz idi. 1993-cü ildə Azərbaycan xalqının iradəsi ilə Ümummilli Lider Heydər Əliyevin Prezident seçilməsindən sonra xalqın ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsi başlanıldı.

Sonra Səfir qeyd etmişdir ki, Müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələrimiz genişləndi, hərtərəfli enerji strategiyası reallaşdı və ölkənin uzunmüddətli inkişafının təməlini qoyuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən hal-hazırda uğurla davam etdirilir.

Daha sonra Səfir coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbii keçid imkanını təmin etdiyi barədə söz açmışdır. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açıldığını vurğulayıb.

Səfir Azərbaycanda milli və millətlərarası həmrəylik, dini tolerantlıq mövcud olduğunu, demokratik, hüquqi və dünyəvi dövlətin möhkəmlənməsinin ardıcıllıqla davam etdiyini əsaslı faktlar və arqumentlərlə şərh edib.

Sonra diplomat Akademiyasının professor-müəllimlərin və magistrlərin çoxsaylı suallarını cavablandırıb.

Mühazirənin sonunda Səfir Diplomatik Akademiyanın rəhbərliyinə, professor-müəllim, magistr heyətinə təşəkkürünü bildirərək Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi