Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanmayıb

Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanmayıb Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.
Diaspor
30 İyul , 2020 12:29
Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanmayıb

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsi məlumat yayıb.

Qaracalar kəndindən olan 196 nəfərin COVID-19-la bağlı testi neqativ nəticələnib.

Kənddə indiyədək 2 400 sakinin PCR testdən keçirildiyi bildirilib.

Qeyd edək ki, bu günədək Qardabanidə koronavirus 56 nəfərdə aşkarlanıb ki, onların da 36-sı Qaracalar sakinidir. Kənd iyulun 24-dən təcrid olunub. 

Son xəbərlər

Orphus sistemi