“Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib

“Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib Martın 9-da İspaniya Milli kitabxanasında Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap olunmuş Eldar Nadiradzenin müəllifi olduğu “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın ispan d
Diaspor
10 Mart , 2023 17:09
“Qarabağ xanlığı: tarixi və mədəni kimlik” kitabının təqdimat mərasimi keçirilib

Martın 9-da İspaniya Milli kitabxanasında Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap olunmuş Eldar Nadiradzenin müəllifi olduğu “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın ispan dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Spaniyadakı Səfirliyindən bildirilib.

Təqdimat İspaniya Milli kitabxanasında “Mədəni irsin qorunmasında regional əməkdaşlıq” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və Milli Kitabxananın mədəniyyət məsələləri üzrə müdiri Xavyer Orteqa Alvares, ingilis və fransız dilləri ilə yanaşı ispan dilində dərc edilmiş nəşrin İspaniya və ümumilikdə Avropa ictimaiyyətinin, Qafqazın incisi Şuşa və ümumən Qarabağ bölgəsində çoxəsrlik tarixə malik Azərbaycan mədəni irsi, tarixi kökləri haqqında dolğun təsəvvürün formalaşmasında mühüm rol oynayacağını qeyd ediblər.

Habelə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov “Qarabağın Azərbaycan milli kimliyində rolu” mövzusunda məruzə ilə çıxış edib. İşğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan irsinin tamamilə məhv edildiyini, gürcü alimləri tərəfindən qorunmuş Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.İskəndərov Qarabağın işğaldan azad olunmasının və hal-hazırda dirçəldilməsinin Azərbaycan xalqının ümummilli ideyasının vacib sütunlarından olduğunu bildirib.

Həmçinin Gürcüstan Milli Muzeyinin direktoru, məşhur arxeoloq professor David Lordkipanidze çıxış edib, Rusiya İmperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan obyektiv etnoqrafik materialların Qarabağ bölgəsinin Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini diqqətə çatdırıb.

Konfrans çərçivəsində çıxışı zamanı “azad edilmiş Qarabağa səfərim zamanı mən Azərbaycan irsinin 30 illik erməni işğalı nəticəsində vəhşicəsinə dağıdıldığının şahidi oldum” deyən Roma Sapienza Universitetinin tədqiqatçısı Daniyel Pommier Vinçelli Azərbaycanın Qarabağda xristian irsi də daxil olmaqla bütün mədəni və tarixi irsə həssaslıqla yanaşdığını və mühafizə etdiyini diqqətə çatdırıb.

Konfransın moderatoru Madrid Avtonom Universitetinin tədqiqatlar mərkəzinin müdürü Xesus Qil isə öz növbəsində, Qarabağın mədəni irsinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, ümumbəşəri mədəniyyətin incisi olduğunu qeyd edib və kitabın, Qafqaz regionunun Avropa tədqiqatçıları, həmçinin geniş ictimaiyyət tərəfindən daha yaxşı tanınmasına xidmət edəcəyini vurğulayıb.

Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı İspaniya Milli kitabxanası və tədbir iştirakçılarına hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi