Fransanın paytaxtı Parisdə Azərbaycan Respublikası
Fransanın Strasburq şəhərində “Kəpəz” nəşriyyatında fransız dilində çap olunan “Mühacirlərin həyatı” kitabında müəllifin qürbətdə keçən gənclik illəri, qardaşının Fransa üçün canından keçməsi, müharibə illərində yaşadığı çətinliklər, tanış olduğu maraqlı insanlar ilə bağlı xatirələri toplanıb. Kitabda Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Albert Kamyu ilə əlaqələrindən də bəhs edilir. T.Hacıbəylinin yaşadığı acılı-şirinli günlərə, keşməkeşli ömür yoluna baxmayaraq, xatirələri ailəsinə, yaşadığı ölkəyə və ana vətənə - Azərbaycana olan sevgisinin azalmadığını əks etdirir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Demokratik Respublikasını tanıtmaq missiyası ilə Fransaya gəlib, vətənə dönə bilməyərək bu ölkədə mühacir həyatı sürən siyasi xadimlərin ailələrinin Azərbaycan diasporunun ilk nümayəndələri olduğunu qonaqların diqqətinə çatdırıb və kitabın böyük əhəmiyyətinə toxunub.
Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Demokratik Respublikasının fəaliyyəti, müsəlman ölkələri və hətta bir çox Avropa ölkələrində belə olmayaq tarixi qərarları, habelə qadınlara səsvermə hüququnun verilməsi, mətbuat azadlığı, demokratik dəyərlərə əsaslanan digər islahatları haqqında qonaqlara ətraflı məlumat verib.
Tədbirdə Ümummilli lider
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Timuçin Hacıbəylinin oğlanları Kleman və Banjamən Hacıbəyliyə Azərbaycan Respublikasının Prezidenti
Tədbirin sonunda qonaqlar gənc azərbaycanlı musiqiçi Ağarahim Quliyevin fleytada ifasında dahi bəstəkarların musiqilərindən ibarət konsert proqramına böyük maraqla qulaq asıblar.

