Parisdə Novruz bayramı qeyd olunub - FOTO

Parisdə Novruz bayramı qeyd olunub - FOTO Qonaqlar milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar
Diaspor
17 Mart , 2018 23:34
Parisdə Novruz bayramı qeyd olunub - FOTO
Report

Paris. 17 mart. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə dünya şöhrətli aktyor Robert Hossein, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanan digər şəxslər iştirak ediblər.

Tədbir zamanı qonaqlara Novruz bayramının qədim tarixi haqqında məlumat verilib, "Novruz"un həmrəylik, qardaşlıq, dostluq bayramı olduğu diqqətə çatdırılıb və Novruz ənənələri barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar daha sonra milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar.

Onlar tədbir zamanı sərgilənən milli adət-ənələrimiz, milli geyimlərimiz, bəzək əşyaları, azərbaycanlı rəssamların füsunkar təbiətimizə həsr edilmiş əl işlərindən ibarət rəsm sərgisinə böyük maraqla tamaşa ediblər.

Son xəbərlər

Orphus sistemi