Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib

Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib Fransanın paytaxtı Parisdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı sənətkarların rəsm sərgisinin açılış mərasimi keçirilib.
Diaspor
11 Mart , 2023 17:58
Parisdə azərbaycanlı qadın rəssamların əsərləri nümayiş etdirilib

Fransanın paytaxtı Parisdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı sənətkarların rəsm sərgisinin açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən sərgi Parisin 5-ci rayon meriyasının tərkibində fəaliyyət göstərən Latın Məhəlləsinin İcma həyatı və Vətəndaş Evində baş tutub.

Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədova və azərbaycanlı fotoqraf Maya Bağırovanın əsərləri nümayiş etdirilib.

Sərgi martın 18-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi