Seyran Hacıyev: "Nizami Gəncəvinin heykəlində hər hansı bir yanma faktı yoxdur" - FOTOLAR

Seyran Hacıyev: "Nizami Gəncəvinin heykəlində hər hansı bir yanma faktı yoxdur" - FOTOLAR "Heykəlin ətrafındakı cüzi yanıq izləri Yeni İl fişənglərinin qalıqları da ola bilər"
Diaspor
10 Yanvar , 2015 16:29
Seyran Hacıyev: Nizami Gəncəvinin heykəlində hər hansı bir yanma faktı yoxdur - FOTOLAR

Bakı. 10 yanvar. REPORT.AZ/ "Dərbənddəki Nizami Gəncəvinin heykəlində hər hansı bir yanma faktı yoxdur. Sadəcə, heykəlin üstünə örtülmüş parça indi yoxdur". Bunu "Report"a Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dərbənd regional bölməsinin sədri Seyran Hacıyev bildirib. 

O qeyd edib ki, hazırda heykəlin arxa hissəsində cüzi yanıq izləri var: "Amma bu izlər Yeni İl fişənglərinin qalıqları da ola bilər. Hazırda mən Dərbəndin hərbi komissarı ilə birlikdə Nizami Gəncəvinin heykəlinin yanındayam. Heykəlin arxa hissəsində yandırılanın kağız olub-olmadığı məlum deyil. Heykəlin alt hissəsində yandırılıb, amma heykəl tamamilə yerindədir".

S.Hacıyev əlavə edib ki, heykəlin ətrafındakı daşlar sökülüb, ətrafı dağıdılıb və bu da təmir-rekonstruksiya işləri ilə bağlıdır. "Nizami Gəncəvinin heykəli Heydər Əliyev küçəsindədir. Burada - Heydər Əliyev Parkında, eləcə də Nizami Gəncəvinin heykəlinin ətrafında Azərbaycanın vəsaiti hesabına təmir-bərpa işləri aparılır. Heykəlin hündürlüyü 3 metrdir. Qarlı hava şəraiti ilə əlaqədar hələlik işlər dayandırılıb".

ÜAK Dərbənd regional bölməsinin sədri vurğulayıb ki, əvvəllər azərbaycanlılarla ləzgilər arasında münasibət yaxşı olmayıb: "İndi şükürlər olsun ki, belə hallar yoxdur. Burada millət söhbəti yoxdur, istər azərbaycanlılar, istər ləzgilər, istər digər millətlər olsun, hamı eyni yaşıyır, bir-birilərinin tədbirlərində iştirak edir".

Son xəbərlər

Orphus sistemi