Nazirlik: “Gürcüstan azərbaycanlıları arasında gürcü dilini bilmə səviyyəsi yüksələcək”

Nazirlik: “Gürcüstan azərbaycanlıları arasında gürcü dilini bilmə səviyyəsi yüksələcək” “2030-cu ilə qədər Gürcüstanın qeyri-gürcü dilli əhalisi arasında dövlət dilinə yiyələnmə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq”.
Diaspor
3 Avqust , 2021 16:27
Nazirlik: “Gürcüstan azərbaycanlıları arasında gürcü dilini bilmə səviyyəsi yüksələcək”

“2030-cu ilə qədər Gürcüstanın qeyri-gürcü dilli əhalisi arasında dövlət dilinə yiyələnmə səviyyəsi əhəmiyyətli dərəcədə artacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik fəaliyyət planında bildirilib.

Sənədə əsasən, 2024-cü ildə səviyyə 83,5 %, 2027-ci ildə 92,5 %, 2030-cu ildə isə 99,5 % təşkil edəcək.

Gürcüstanın azərbaycanlı vətəndaşlarının yaşlı nəsli arasında gürcü dilində kommunikasiya səviyyəsi 2024-ci ildə 28 %-ə bərabər olacaq. 2027-ci və 2030-cu illərdə isə bu göstərici müvafiq olaraq 35 % və 61 %-ə yüksələcək.

Son xəbərlər

Orphus sistemi