Moldova azərbaycanlıları hesabat verəcək

Moldova azərbaycanlıları hesabat verəcək Moldova azərbaycanlıları illik hesabat toplantısı keçirməyə hazırlaşır.
Diaspor
125
1 Sentyabr , 2021 23:44
Moldova azərbaycanlıları hesabat verəcək

Moldova azərbaycanlıları illik hesabat toplantısı keçirməyə hazırlaşır.

Moldova Azərbaycanlıları Konqresindən (MAK) “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Konqres tərəfindən ümumrespublika azərbaycanlıların hesabat xarakterli rəsmi qəbulu sentyabrın 3-də Kişinyovun mərkəzindəki otellərin birində baş tutacaq.

Tədbirdə Moldova parlamentinin deputatları, respublikamızın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, akreditə olunmuş dilomatik nümayəndəliklərin təmsilçiləri, Konqresin fəxri qonaqları və yerli KİV nümayəndələri iştirak edəcək. MAK sədri Elçin Bayramov toplantıda illik hesabatı təqdim edəcək.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Moldova azərbaycanlılarının əksəriyyətinin qərarı ilə MAK-ın İdarə Heyəti və nizamnaməsi yenilənib, Elçin Bayramov sədr seçilib.

Son xəbərlər

Orphus sistemi