Marneulidə 7 yeni məktəb tikilir

Marneulidə 7 yeni məktəb tikilir Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 7 yeni ictimai məktəb inşa olunur.
Diaspor
4 İyun , 2020 13:44
Marneulidə 7 yeni məktəb tikilir

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda 7 yeni ictimai məktəb inşa olunur.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili aparılan işlərlə yerində tanış olub.

Nazirin sözlərinə görə, təhsil müəssisələri Bələdiyyələrin İnkişafı Fondunun dəstəyi ilə tikilir: “Marneulidə yeni 8-ci məktəbin inşası ilə bağlı bu yaxınlarda tender elan olunacaq. Ölkə üzrə 59 yeni məktəb tikilir, 80-dən çox məktəb isə bərpa olunur. Bu proses qismən başa çatıb. Bütün təhsil ocaqları müasir standartlara tam cavab verəcək”.

Son xəbərlər

Orphus sistemi