Londonda soydaşlarımız aksiya zamanı erməni təxribatı ilə üzləşib

Londonda soydaşlarımız aksiya zamanı erməni təxribatı ilə üzləşib Britaniyada yaşayan azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında dinc aksiya keçirib.
Diaspor
17 İyul , 2020 17:03
Londonda soydaşlarımız aksiya zamanı erməni təxribatı ilə üzləşib

Böyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında dinc aksiya keçirib.

“Report” xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı sivil şəkildə öz etirazlarını nümayiş etdiriblər.

Amma buna baxmayaraq, qəfildən bir qrup erməni aksiyaçılara hücum edərək təxribata əl atıb. Erməni təxribatı nəticəsində bir neçə azərbaycanlı xəsarət alıb.

Dinc aksiya sonradan yerli polis tərəfindən dağıdılıb.

Son xəbərlər

Orphus sistemi