Latviyada şəhər Dumasına seçkilərə azərbaycanlının namizədliyi qeydə alınıb

Latviyada şəhər Dumasına seçkilərə azərbaycanlının namizədliyi qeydə alınıb Azərbaycanlının namizədliyini Latviyanın aparıcı partiyası olan "Saskana" Sosial Demokrat Pariyası irəli sürüb.
Diaspor
1201
12 Avqust , 2020 11:58
Latviyada şəhər Dumasına seçkilərə azərbaycanlının namizədliyi qeydə alınıb

Latviyada paytaxt Riqanın şəhər Dumasına (parlament) avqustun 29-da keçiriləcək növbədənkənar seçkilərə azərbaycanlının da namizədliyi qeydə alınıb. 

"Report"un Avropa bürosunun əldə etdiyi məlumata görə, namizədliyi qeydə alınan 1989-cu il təvəllüdlü Asif İbrahimovdur.

Azərbaycanlının namizədliyini Latviyanın aparıcı partiyası olan "Saskana" Sosial Demokrat Partiyası irəli sürüb.

Qeyd edək ki, A. İbrahimov 2018-ci ildə Latviya Seyminə (parlament) keçirilən seçkilərdə də iştirak edib, O, eyni zamanda, Latviyada yaşlılar və uşaqlar, o cümlədən idmançılar ilə bağlı bir sıra humanitar aksiyaların təşkilatçısıdır. 

Orphus sistemi