Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 84-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə, yoluxmaların 61-i Bolnisi, 15-i Marneuli, 8-i isə Rustavidə qeydə alınıb: “Marneuli və Rustavidə yoluxma sayı artmayıb. İndiyədək bölgə üzrə 17 nəfər tam sağalıb”.