İsveçdə Ermənistanın Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib

İsveçdə Ermənistanın Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib İsveçin paytaxtı Stokholm şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib.
Diaspor
24 Sentyabr , 2022 03:04
İsveçdə Ermənistanın Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib

İsveçin paytaxtı Stokholm şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, İsveçdə yaşayan bir qrup Azərbaycan diaspor fəalı Krallıq parlamentinin qarşısına toplaşaraq, insan tələfatına səbəb olan erməni təxribatlarına son qoyulmasını tələb ediblər.

Aksiyada çıxış edənlər, Ermənistanla sərhəd bölgəsində baş verən hadisələr haqqında yerli ictimaiyyətə İsveç və ingilis dillərində məlumat verərək, erməni əsgərləri tərəfindən törədilən təxribatlar və qətlə yetirilən həmvətənlərimiz haqqında bəhs ediblər. Beynəlxalq qurumlara və dünya ölkələrinə üz tutan diasporçularımız bu səbəblərdən Ermənistan tərəfinin həyata keçirdiyi təxribatlara göz yummamağa və lazımi qiymət verməyə də çağırıblar.

Ardınca bəyanatla çıxış edən diasporumuzun fəalları bildiriblər ki, son günlər Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqeləri arasında olan ərazilərə daxil olmağa çalışaraq, bu ərazilərdə həm diversiya aktları həyata keçirməyə, həm də ölkəmizin ərazilərini minalayaraq böyük insan tələfatına nail olmağa çalışıb. Qeyd olunub ki, Azərbaycan ərazilərini minalamağa cəhd edən erməni təxribatçılar, xalqımıza qarşı terror siyasətini davam etdirməyə qərarlıdır və bu öz növbəsində çoxlu sayda mülki və hərbiçi həmvətənlərimizin qətlə yetirilməsinə səbəb olmağa davam edir.

Bəyanatda habelə, Ermənistan ərazisindəki qədim Azərbaycan memarlıq incilərinin dağılması siyasəti, təxribatlar vasitəsi ilə dünya ictimaiyyəti qarşısında özlərini qurban kimi qələmə verməyə çalışan Ermənistan siyasətinin məkrli mahiyyəti bir daha vurğulanıb.

Bütün bunlara baxmayaraq Azərbaycan xalqının sülhsevər olduğunu bildirən piket iştirakçıları ölkəmizin qarşılıqlı ərazi bütövlüyünə hörmət və beynəlxalq hüquq əsasında Ermənistanla sülh razılaşması imzalamağa hazır olduğunu xüsusi ilə diqqətə çatdırıblar.

Son xəbərlər

Orphus sistemi