Gürcüstanın tanınmış azərbaycanlı müxalifətçisi siyasətdən gedib

Gürcüstanın tanınmış azərbaycanlı müxalifətçisi siyasətdən gedib Azər Süleymanov Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasını tərk edib.
Diaspor
3 Avqust , 2021 12:25
Gürcüstanın tanınmış azərbaycanlı müxalifətçisi siyasətdən gedib

Azər Süleymanov Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasını tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, feybuk hesabında yaydğı müraciətdə bildirib.

İllərdir partiyada təmsil olunan müxalifətçi siyasi fəaliyyətini müvəqqəti dayandırdığını qeyd edib: “Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməməsi oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.

Mənim partiyada olan çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi detalları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar”.

Qeyd edək ki, A.Süleymanov 1999-2004-cü illərdə deputat olub. 2003-2008-ci illərdə Kvemo Kartli bölgəsinin qubernator müavini vəzifəsində çalışıb. 2008-ci ildən 2020-cı ilədək yenidən parlamentdə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi