Qubernator müavini: “Azərbaycanlı maldarların otlaq sahəsi ilə bağlı problemi tezliklə həll olunacaq”

Qubernator müavini: “Azərbaycanlı maldarların otlaq sahəsi ilə bağlı problemi tezliklə həll olunacaq” “Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində yerli azərbaycanlıların otlaq sahəsi ilə bağlı problemi tez bir zamanda həll olunacaq”.
Diaspor
8 Aprel , 2019 13:21
Qubernator müavini: “Azərbaycanlı maldarların otlaq sahəsi ilə bağlı problemi tezliklə həll olunacaq”
0 : 00
0 : 00

“Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində yerli azərbaycanlıların otlaq sahəsi ilə bağlı problemi tez bir zamanda həll olunacaq”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Kaxeti bölgəsinin qubernator müavini İrakli Şioşvili deyib.

Onun sözlərinə görə, kənd qəbirstanlığı yaxınlığında 3 hektar otlaq sahəsi olub: “Həmin sahə fərdi sahibkara məxsus olub. Kənd sakinləri sahənin yetərli olmaması və qəbirstanlıq yaxınlığında yerləşməsini əsas gətirərək ondan imtina ediblər. Bunun əvəzində həmin sahənin qiymətləndirilməsi aparılıb və kəndin digər hissəsində eyni dəyərə malik 10 hektarlıq otlaq sahəsi sakinlərə təqdim olunub”.

İ.Şioşvili bildirib ki, Qaracalar kənd sakinləri 10 hektar sahə ilə də razılaşmırlar: “Onlar bildirir ki, mal-qaranın sayı çox olduğundan otlaq sahəsi kifayət deyil. Bununla yanaşı həmin torpaq sahəsi kənd təsərrüfatına yararlıdır”.

Qubernator müavini qeyd edib ki, hazırda otlaq üçün uyğun digər torpaq sahəsi axtarılır: “Otlaq sahəsi ilə bağlı yaranmış problem həll olunacaq və kənd sakinlərinin narazılığı aradan qaldırılacaq”.

Qeyd edək ki, martın 27-də yeganə gəlir mənbəyi maldarlıq olan Qaracalar kənd sakinləri otlaq sahəsinin olmaması və fərdi şəxslərə satılmasına etiraz olaraq aksiya keçiriblər. Onlar bildiriblər ki, məsələ həll olunmayana qədər etiraz aksiyalarını davam etdirəcəklər. 

Son xəbərlər

Orphus sistemi