Gürcüstanın DTX rəisi: "Dmanisidəki insidentlə bağlı saxlanılanlar var"

Gürcüstanın DTX rəisi: "Dmanisidəki insidentlə bağlı saxlanılanlar var" "Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb"
Diaspor
17 May , 2021 15:26
Gürcüstanın DTX rəisi: Dmanisidəki insidentlə bağlı saxlanılanlar var
Qriqol Liluaşvili

"Dmanisidə ötən gün baş vermiş insidentlə bağlı olaraq bir neçə şəxs saxlanılıb".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili Dmanisidə jurnalistlərə açıqlamasında deyib.

O, istinaq tədbirlərinin davam etdirildiyini və qarşıdurma zamanı ağır xəsarət alanlarla bağlı məlumata sahib olmadığını bildirib.

DTX rəisi rayonda hazırkı vəziyyətin sakit olduğunu və tərəflərlə müvafiq işlərin aparıldığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi