Gürcüstanın dövlət nazirinə azərbaycanlı müşavir təyin olunub

Gürcüstanın dövlət nazirinə azərbaycanlı müşavir təyin olunub Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə yeni müşaviri təyin olunub.
Diaspor
5 Oktyabr , 2021 10:16
Gürcüstanın dövlət nazirinə azərbaycanlı müşavir təyin olunub
Anar Süleymanov

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsi üzrə yeni müşaviri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu vəzifəyə Anar Süleymanov təyinat alıb.

O, bu vaxtadək Kvemo Kartli bölgəsi qubernatorunun Administrasiyasında baş mütəxəssis işləyib.

Qeyd edək ki, bu vəzifəni 2017-ci ildən Ayaz Məmmədov tutub. O, bu ilin iyulunda istefa verib.

Son xəbərlər

Orphus sistemi