Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı ictimai fəalın işi nəzarətə götürülüb”

Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı ictimai fəalın işi nəzarətə götürülüb” Gürcüstanın ictimai fəalı Samirə Bayramovanın işi nəzarətə götürülüb.
Diaspor
108
17 Mart , 2022 17:24
Gürcüstanın DİN rəhbəri: “Azərbaycanlı ictimai fəalın işi nəzarətə götürülüb”

Gürcüstanın ictimai fəalı Samirə Bayramovanın işi nəzarətə götürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deputatların sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Cinayət Məcəlləsinin 151-ci maddəsi (hədə-qorxu – red.) üzrə cinayət işi açılıb: “Samirə Bayramova istintaqa cəlb olunub və o, ifadə verib. Biz onu dindirmişik və istintaq sona qədər aparılacaq”.

Qeyd edək ki, S.Bayramova martın 14-də Rusiyameylli “Mühafizəkar hərəkat” Partiyasının fəaliyyətinə etiraz əlaməti olaraq siyasi təşkilatın Marneulidəki ofisinin binasının fasadına boya ilə Ukrayna və Avropa İttifaqının bayraqlarını çəkib, “Rusiya işğalçıdır” sözlərini yazıb. O, ötən gün partiyanın tərəfdarlarının zorakı hədə-qorxularına məruz qalıb.

Son xəbərlər

Orphus sistemi