Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürüldü

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürüldü Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv olunub.
Diaspor
15 İyun , 2020 12:38
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində sərt karantin götürüldü

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi ləğv olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Aparat rəhbəri Natia Mezvrişvili bildirib.

Onun sözlərinə görə, bu gündən kəndə giriş-çıxış bərpa olunub.

Qeyd edək ki, Getada COVID-19-a son yoluxma halı mayın 16-da qeydə alınıb. Kənddə sərt karantin rejimi mayın 15-dən etibarən tətbiq olunurdu. 

Son xəbərlər

Orphus sistemi