Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edəcək

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edəcək Gürcüstanın Marneuli rayonunun meri Zaur Darğallı sentyabrda vəzifəsini tərk edəcək.
Diaspor
2383
31 İyul , 2020 16:45
Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edəcək
 Zaur Darğallı

Gürcüstanın Marneuli rayonunun meri Zaur Darğallı sentyabrda vəzifəsini tərk edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb onun hakim Gürcü Arzusu Partiyasından parlament seçkilərinə namizəd kimi qatılmasıdır.

Partiyadan qeyd olunub ki, majoritar deputatlığa namizəd olan bəzi yüksək vəzifəli şəxslər avqustun 1-də, digər vəzifəlilər isə seçki kampaniyası başlayan kimi istefa verəcəklər.

Qeyd edək ki, qonşu ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Seçki kampaniyasına isə sentyabrda start veriləcək.

Z.Darğallı deputatlığa Marneuli-Qardabani dairəsi üzrə irəli sürülüb. O, ötən ilin mayından Marneulinin meridir.

Orphus sistemi