Gürcüstanda COVID-19-a yoluxmaların 35%-i Kvemo Kartlinin payına düşür

Gürcüstanda COVID-19-a yoluxmaların 35%-i Kvemo Kartlinin payına düşür
Diaspor
150
16 İyun , 2020 16:47
Gürcüstanda COVID-19-a yoluxmaların 35%-i Kvemo Kartlinin payına düşür

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində koronavirusa 290 yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin hesabatında yer alıb.

İyunun 11-nə olan məlumata əsasən, Gürcüstan üzrə ümumi yoluxma hallarının 35%-i məhz bu regionun payına düşüb.

Yoluxma hallarının 186-sı Bolnisidə, 59-u Tetritskaro, 45-i isə Marneulidə qeydə alınıb.

Bolnisi rayonunda COVID-19-a yoluxanların 4-ü vəfat edib. Digər iki rayonda isə virus səbəbindən ölüm halı qeydə alınmayıb.