Gürcüstanda yaşayan azərbaycanlılara yardım paylanılır

Gürcüstanda yaşayan azərbaycanlılara yardım paylanılır Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşlarına ərzaq yardımlarının paylanılmasına başlanılıb.
Diaspor
9 Aprel , 2020 16:18
Gürcüstanda yaşayan azərbaycanlılara yardım paylanılır
Report

Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşlarına ərzaq yardımlarının paylanılmasına başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, yardım kampaniyasının ilk günündə Tbilisidə yaşayan və ehtiyacı olan soydaşlarımıza ilkin tələbat qida məhsullarının yer aldığı qutular təqdim olunub.

Ərzaqların paylanılmasında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) icraçı katibi Nəriman Qurbanov da iştirak edib.

Qeyd edək ki, yardım kampaniyası Azərbaycan səfirliyinin təşəbbüsü və AZEBİ-də təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə həyata keçirilir. Kampaniya ümumilkdə 1 000 ailəni əhatə edəcək.

Ərzaq yardımı Tbilisi ilə yanaşı, Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə yaşayan azərbaycanlılara da göstəriləcək.

Son xəbərlər

Orphus sistemi