Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı vərəqələr paylanılır

Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı vərəqələr paylanılır Gürcüstanın Bolnisi rayonunda koronavirusla bağlı məlumatlandırıcı kampaniya keçirilib.
Diaspor
17 Mart , 2020 16:53
Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı vərəqələr paylanılır

Gürcüstanın Bolnisi rayonunda koronavirusla bağlı məlumatlandırıcı kampaniya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, kampaniyada Bolnisi bələdiyyəsinin sədr müavini Buba Qobecişvili, rayonun Səhiyyə mərkəzinin rəhbəri Maka Mamardaşvili və könüllülər iştirak ediblər.

Kampaniya çərçivəsində azərbaycanlıların yaşadıqları kəndlərdə koronavirusa qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat verilib. Sakinlərə koronavirusun ötürülməsi yolları, özünütəcrid qaydaları və digər vacib məlumatların əks olunduğu Azərbaycan dilində çap olunan flayer və plakatlar paylanılıb.

Son xəbərlər

Orphus sistemi